Anar Məmmədxanovun anadan olmasından 48 il ötürbackend

Anar Məmmədxanovun anadan olmasından 48 il ötür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, o, 1970-ci ildə Bakı şəhərində anadan olub.

1987-ci ildə Bakı şəhəri 160 saylı məktəbi bitirib. Həmin il Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1992-ci ildə ali məktəbi bitirib.

1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə XX əsr çempionu olub.

Anar Məmmədxanov Avrasiya Radio və Televiziya Akademiyasının üzvü idi.

1991-ci ildən Bakı Şən və Hazırcavablar Klubunun prezidenti, “Bakılı oğlanlar” komandasının kapitanı olub.

O, 2011-ci il aprelin 23-də qəfil ürək tutması nəticəsində vəfat edib.

Evli idi, üç övladı yadigar qalıb. (oxu.az)

İnterpress.az