Polkovnik Dərgahlı ermənilərin iddiasına cavab verdibackend

Polkovnik Dərgahlı ermənilərin iddiasına cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vagif Dərgahlı bildirib.

“Eyni yolla da Ermənistan ordusunun göstərilən ərazini nəzarəti altında saxladığını da fotonun aşağısında yazmaq mümkündür”, – Dərgahlı deyib.

O qeyd edib ki, bu gün hətta adi məktəbli də həmin üsulla internet proqramından istifadə edərək istənilən ərazinin surətini çıxarıb onu sosial şəbəkələrdə paylaşa bilər.

“Zarafatı bir kənara qoysaq, Arsruna afərin ki, bizə növbəti dəfə azad etməli olduğumuz oriyentirləri dəqiq göstərib”, – V.Dərgahlı vurğulayıb.

Xatırladaq ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsrun Hovannisyan bu günlərdə “Facebook”dakı səhifəsində paylaşdığı fotoları Ermənistan mövqelərindən özünün çəkdiyini, həmin görüntülərin guya Ordubad şəhərinə və ətraf kəndlərə aid olduğunu iddia etmişdi.

İnterpress.az