Şəhərlərarası müntəzəm avtobus marşrutlarının yeni tariflərinin yer aldığı cədvəl açıqlanıb.
Bu barədə İnterpress.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova məlumat evrib.
O bildirib ki, məsafədən asılı olaraq şəhər və rayonlar istiqamətdə sərnişin daşınmasında xidmət göstərən avtobus marşrutları yeni tariflə fəaliyyət göstərəcək.
\”Artıq vəsait tələb edilməməsi üçün biletləri kassadan və ya onlayn əldə edə bilərsiniz\” -deyə, N.Allahyarova deyib.
Qeyd edək ki, Tarif Şurasının qərarı ilə sabahdan etibarən ölkə ərazisində metro və ictimai nəqliyyatda gediş haqqı artırılacaq. Bundan əlavə, Bakıdan rayonlara və əks istiqamətdə gələn avtobuslarda da gediş haqqı yeni tariflə hesablanacaq.
Xatırladaq ki, ötən gün Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. Tarif (qiymət) Şurasının iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.
Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.
Səid Qərib
İnterpress.az