Bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KIV-in sorğusuna cavab olaraq bildirib.
H.Hacıyev deyib: \”ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinə bu barədə məlumat verilib.
Səfirliyin konsulluq xidməti sözügedən şəxslərlə görüşmək üçün ABŞ-ın hüquq-mühafizə orqanları ilə təmasdadır\”.
Qeyd edək ki, ABŞ-da Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Ukrayna, Latviya, eləcə də Azərbaycan vətəndaşlarından ibarət cinayətkar qrup saxlanılıb. Dəstə üzvləri dələduzluqda və 4,5 milyon dollar həcmində çirkli pulları yumaqda ittiham olunur.
İnterpress.az