Balakən Gömrük İdarəsinin \”Mazımçay\” gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili \”HCVG vizual – Smiths Detection\” yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.
Modern.az bildirir ki, Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, təkrar baxış zamanı nəqliyyat vasitəsindən gömrük orqanıına bəyan olunmayan 36 top müxtəlif ölçülü elektrik kabelləri, 9 qutu plastik kabel kanalları və 12 top elektrik izolyasiya boruları aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Interpress.az