Qızın hər iki oğlana sevgi vədi verməsi qanla nəticələndi — TƏFƏRRÜATbackend

Qızın hər iki oğlana sevgi vədi verməsi qanla nəticələndi — TƏFƏRRÜAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, cinayət məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirləndirilən Rüstəmov Ayxan Mehman oğlunun məhkəmə prosesinə hakim Elmin Rüstəmov sədrlik edir.

Şəmkirdə sevdiyi qıza görə 18 yaşlı oğlanı bıçaqlayan şəxs saxlanılıb.

Belə ki, 2018-ci il 2 may tarixində rayonun Könüllü kənd sakini, 2000-ci il təvəllüdlü Ələkbərli Mətləb Safəddin oğlunu bıçaqlayan Samux rayon Alabaşlı kənd sakini, 2000-ci il təvəllüdlü Rüstəmov Ayxan Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Məlumata görə, hadisəyə səbəb onların arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə olub. Belə ki, M.Ələkbərli ilə A.Rüstəmov tay-tuş olublar. Eyni məktəbdə oxuyan gənclər elə eyni qızıda seviblər. Qızın hər iki oğlana “səni sevirəm” sözü deməsi gənclərin qanlı bıçaq olmasına gətirib çıxarıb. M.Ələkbərli çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb. Həkimlərin səyləri nəticəsində Mətləbin həyatını xilas etmək mümkün olub.(Ölkə.az)

İnterpress.az