Bu gün saat 12:00-dan saat 14:30-a qədər 110 kv-luq I Binəqədi hava elektrik verilişi xəttində aparılan yenidənqurma işləri ilə əlaqədar Abşeron rayonunun Xırdalan əhərinin 25, 26 və 28-ci məhəllələri, Quşçuluq Massivi, AAAF Park, kənd Xırdalan, Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.
Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətindən İnterpress.az-a daxil olan məlumda deyilir.
“Yaranacaq narahatlığa görə “Azərişıq” istehlakçılardan üzr istəyir” – deyə, “Azərişıq” ASC-nin mətbuat xidmətindən daxil olan məlumatda vurğulanır.
İnterpress.az






