Göyçayda körpü uçması ilə bağlı Baş prokurordan gözlənilməz məlumatbackend

Göyçayda körpü uçması ilə bağlı Baş prokurordan gözlənilməz məlumat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Göyçayda cinayət işi körpünün uçmasından öncə açılmışdı. Həmin cinayət işi şikayət əsasında konkret şəxslərlə bağlı başlanılıb. Bu məsələ ilə bağlı ümumilikdə 7 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlardan 5-i hüquqi, 2-si isə fiziki şəxsdir. Hazırda bu iş üzrə məhkəmə istintaqı aparılır\”.

İnterpress.az-ın \”Report\”a istinadən verdiyi xəbərə görə, bunu Azərbaycanın baş prokuroru Zakir Qaralov deyib.

Z.Qaralov bildirib ki, Baş Prokurorluq Ekologiya ə Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika üzrə hüquqi araşdırmalar aparılır: \”Bu sahədə çoxsaylı qanun pozuntuları aşkar edilib. Qanun pozuntuları ilə bağlı 17 cinayət işi məhkəmələrə göndərilib, dövlətə dəymiş 10 milyon manata yaxın ziyan ödənilib. Bu istiqamətdə işlər davam etdirilir\”.

İnterpress.az