İnterpress.az AzNews.az-a istinadən xəbər verir ki, 35 yaşlı Şengül Vatansever keçmiş sevgilisinin təkidi ilə onunla görüşüb. Keçmiş sevgilisinin avtomobilinə minən qadın onun barışmaq təklifini qəbul etməyib. Buna əsəbiləşən kişi qadının üzərinə benzin tökərək onu maşında yandırıb. Daha sonra qadını maşından çölə ataraq yoluna davam edib. Şengül Vatansever ətrafdaki insanlar tərəfindən xəstəxanaya aparlılıb, vəziyyəti ağırdır.
Qadını yandırmaqda şübhəli şəxs polis təqibi zamanı avtomobil qəzası törədib, vəziyyəti ağırdır.
İnterpress.az






