İnterpress.az bildirir ki, mükafatın sahibləri Ceyms Elison və Tasuku Hondzedir. Onlar xərçəng xəstəliyinin müalicəsində əldə etdikləri yeniliklər üçün bu mükafata layiq görülüblər.
Fiziologiya və ya tib sahəsində mükafat 1901-ci ildən verilir. 2017-ci il üzrə fiziologiya və ya tibb üzrə Nobel mükafatının laureatları ABŞ alimləri Ceffri Holl, Maykl Rozbaş və Maykl Yanq olublar. Onlar \”hüceyrə saatı” adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə Nobel mükafatı ilə təltif ediliblər.
Qeyd edək ki, mükafatin təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir.
İnterpress.az