İnterpress.az Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.
Belə ki, 160 saylı marşurut xətti ilə hərəkət edən içərisi sərnişinlə dolu avtobus hərəkətdə olan qatarın yoluna çıxıb. Nəticədə qatar avtobusu vurub.
Avtobusun içərisindəkilərin əksəriyyəti məktəblilərdir.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 10 təcili tibbi yardım briqadası cəlb edilib. 8 yaralı Sabunçuda yerləşən 3 saylı şəhər xəstəxanasına aparılır.
Onlardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
İnterpress.az