Türkiyə və Almaniya barışırbackend

Türkiyə və Almaniya barışır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Almaniyaya dövlət səfərinin hər baxımdan qədim türk-alman dostluğunu daha da bərkidəcəyinə inanıram\”- cənab Erdoğan deyib.
O, Berlin səfərində bir müddətdir ki, \”işləməyən\” əməkdaşlıq mexanizmlərini təkrar həyata keçirmək məsələsində Almaniya kansleri Angela Merkel ilə ortaq fikrə gəldiklərini açıqlayıb.

15 iyul dövlət çevrilişi cəhdindən sonra Türkiyədə fövqəladə hal vəziyyətinin 24 iyun seçkilərindən sonra ləğv edildiyini xatırladan Erdoğan Avropa Birliyinə üzvlük prosesində islahatların davam edəcəyi mesajını verib və Almaniyadan dəstək gözlədiklərini vurğulayıb.

\”İqtisadi və ticarət əlaqələri güclənməyə davam edəcək\”

Recep Tayyip Erdoğanın mesajında Almaniya ilə Türkiyə arasındakı iqtisadi və ticarət əlaqələrini daha da gücləndirmək istəyini bildirib:

\”2003-cü ildən bu yana alman iş adamlarının ölkəmizə 9 milyarddan çox birbaşa investisiya qoyması, ikitərəfli ticarətdə son 7 ayda 13 faizdən çox artımın olması ticarət əlaqələrimizin potensialını ortaya qoyur. Alman dostlarımızdan türk iqtisadiyyatına güvənməyə davam etmələrini istəyirik\”.

Türkiyə prezidenti keçən həftə ABŞ-ın New York şəhərində BMT-nin Baş Assambleyasına qatıldıqdan sonra Almaniyaya üç günlük səfər etmişdi. (bbc)

İnterpress.az