Kərimovanın qızının İnstaqramda son paylaşımı bundan xəbər verir. İslam Kərimovun nəvəsi bloqunda “artıq anam evdədir” cümləsini yazıb.
Özbəkistanın respublika prokurorluğunun nümayəndəsi “RİA Novosti”yə bildirib ki, eks-prezidentin qızı məhkəmənin hökmünə əsasən cəzasını çəkir:
“Gülnarə Kərimova məhkəmənin hökmü ilə cəzasını çəkir”.
Gülnarənin qızı İman isə İstanbuldan Londona olan avia biletin də fotosunu paylaşıb. Ehtimal edilir ki, o, 29 sentyabr tarixində Londonda olub. Prokurorluq bu səfəri təsdiqləyib.
İnterpress.az