Həbsxanadan vertolyotla qaçan məşhur qanqster ələ keçdi – VİDEObackend

Həbsxanadan vertolyotla qaçan məşhur qanqster ələ keçdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Qaynarinfo-ya stinadən xəvbər verir ki, o, Parisin şimalında yerləşən Kreildə saxlanılıb. Fransa mətbuatı məhbusun həbs olunmasını son dəqiqə başlığı ilə yayımlayıblar.

Xatırladaq ki, R.Faid iyulun 1-də həbsxanadan qaçmışdı. Polis vertolyotu Charles-de-Gaulle Hava Limanının yaxınlığında tapsa da, Faid və yoldaşları izlərini itirə bilmişdilər.

Həbsdən qaçış anının videosu dünya mediasında yayıldıqdan sonra 25 il həbs cəzasına məhkum edilən Faidin hekayəsi hər kəsin marağına səbəb olmuşdu. Həyatı və oğurluqları barədə kitab yazan qanqster bəzi Hollivud filmlərindən təsirlənərək qaçdığını açıqlamışdı.

Qeyd edək ki, Faid 2013-cü ildə də həbsdən qaçmış və ay yarım sonra saxlanılmışdı.

İnterpress.az