Yoxa çıxmış nazirlik işçisinin meyiti tapıldı – Meşədə asılmış vəziyyətdəbackend

Yoxa çıxmış nazirlik işçisinin meyiti tapıldı – Meşədə asılmış vəziyyətdə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Report-a istinadən xəbər verir ki, Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəki rayon şöbəsinin əməkdaşı, 1956-cı il təvəllüdlü Şəki şəhər sakini Ramis Azaqovun meyiti ötən gün Yevlax rayon ərazisində meşəlik sahədə ağacdan asılı vəziyyətdə aşkarlanıb.

Qeyd edək ki, Ramiz Azaqov sentyabrın 23-də səhər saatlarında Şəki şəhəri \”dağ dibi” deyilən ərazidə yaşadığı evdən tələsik halda çıxıb və geri qönməmişdi.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az