İcra məmurlarına nəzarət qaydası sərtləşdirildibackend

İcra məmurlarına nəzarət qaydası sərtləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaydalara aşağıdakı dəyişikliklər edilib:

1. I bölmənin 2-ci hissəsinə “İcra baş idarəsi,” sözlərindən sonra “Probasiya xidməti və” sözləri əlavə edilsin.

2. II bölmə üzrə:

2.1. adına “İcra” sözündən sonra “və probasiya nəzarəti” sözləri əlavə edilsin;

2.2. 4-cü hissədə “islah işləri növündə cəzanın” sözləri “islah işləri, azadlığın məhdudlaşdırılması, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəzaların, ictimai işlər növündə inzibati tənbehin” sözləri ilə əvəz edilsin və həmin hissəyə “vaxtından əvvəl azad edilmiş” sözlərindən sonra “, cəzasının çəkilməsi təxirə salınmış” sözləri əlavə edilsin;

2.3. 5-ci hissədə “icra işinin təşkilində icra qurumunun” sözləri “müvafiq işin təşkilində icra və probasiya qurumlarının” sözləri ilə əvəz edilsin.

İnterpress.az