Deputat Fazil Mustafa bu fikirləri Milli Məclisdə“Bələdiyyələrin maliyyəsinin əsasları” layihəsinə dəyişikliklərin müzakirəsi zamanı söylədi. O bidlirdi ki, əslində bu məsələlər bələdiyyələrə verilməlidir: “İmkan yaradılmalıdır ki, torpağı da onlar versin, yeri də onlar ayırsın. Bələdiyyələr öz ərazisində bir sıra funksiyaları həyata keçirmək imkanı verilməlidir”.
Deputat digər problemlərə də diqqət çəkdi: “Şəhərin ortası ilə gedirsən, görürsən, kiçik yaşlı qız uşaqları masaj salonlarının reklamı ilə bağlı kağızlar paylayırlar. Bu uşaqları belə işlərə kim cəlb edib? Bələdiyyələr də öz ərazilərində bu kimi hallara qarşı mübarizə aparmalıdır. Biz bələdiyyələrin statusunun artırılması istiqamətində addımlar atmalıyıq”.
F.Mustafa dedi ki, faktiki olaraq bələdiyyələr fəaliyyətsiz quruma çevrilib: “Normal büdcəsi olan bələdiyyəmiz yoxdur”.
Deputat Siyavuş Novruzov isə bələdiyyələrin fəaliyyətsiz quruma çevrilməsi ilə bağlı fikirləri qəbul etmədi. Deputat dedi ki, yeni yaradılmış qurum üçün yetərincə maliyyə imkanları tapmaq mümkündür.
İnterpress.az