Zərdabda 19 yaşlı qızın su kanalında boğulmasının TƏFƏRRÜATLARIbackend

Zərdabda 19 yaşlı qızın su kanalında boğulmasının TƏFƏRRÜATLARI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bildirir ki, bu barədə GoldNews.az-a Şahüseynli kənd İcra nümayəndəsinin müavini Nurman Həsənov məlumat verib. O bildirib ki, Zərdab rayonu Şahüseynli kənd sakini, 1999-cu il təvəllüdlü Həsənova Mətanət Yaşar qızı kənd ərazisindən keçən Mil-Muğan-Şirvan kanalından su götürmək istəyərkən ayağı sürüşüb və suya yıxılıb. O, hadisə baş verən zaman tək olduğundan köməyinə heç kim gəlməyib.

Məlumata görə, mərhum məcburi köçkün ailəsindən olub. O, ailəsi ilə birlikdə Mil-Muğan-Şirvan kanalının ətrafında məskunlaşaraq fermer təsərrüfatı ilə məşğul olurmuş.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az