Azərbaycanlı qadınlardan Türkiyədə üzqaraldıcı əməlbackend

Azərbaycanlı qadınlardan Türkiyədə üzqaraldıcı əməl

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Mersin şəhərində iki azərbaycanlı qadın həbs edilib. İnterpress.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, onlar internet üzərindən ünsiyyət yaratdıqları kişilərə əcnəbi qadınlarla pul qarşılığında cinsi əlaqə təklif edirmişlər.

Polisə Mezitli rayonunda Ciftlikköy məhəlləsi, Universitet küçəsində bir mənzildə əxlaqsızlıq yuvası təşkil olunduğu barədə məlumat daxil olub və polis həmin mənzili bir müddət izləməyə başlayıb. Binaya girib-çıxan şəxslərin, xüsusilə kişilərin ifadəsi alınıb. Məlum olub ki, burada yaşayan qadınlar kişiləri 150 lirə (41 manat — red.) müqabilində əcnəbi qadınlarla görüşdürürmüş.

Əməliyyat zamanı 4 azərbaycanlı olmaqla, ümumilikdə 7 saxlanılıb saxlanılıb. Azərbaycanlı qadınlardan ikisi ifadəsi alındıqdan sonra sərbəst buraxılıb, digər ikisi isə, fahişəliyə şərait yaratmaq, əxlaqsız yuvası təşkil etmək ittihamları ilə həbs edilib.

İnterpress.az