İnterpress.az \”Qafqazinfo”ya istinadən xəbər verir ki, iclasda çıxış edən deputat qeyd edib ki, bu yaxınlarda cənab prezidentin sərəncamı ilə Maliyyə Bazarlarına Nəzarət Platasının Direktorlar Şurası ləğv edildi:
\”Vaxtında biz palata ilə bağlı məsələləri qaldıranda bəzi deputatlar əleyhimizə çıxış etdilər.
Biz haqlı idik. Bu Palata iki ildir ki fəaliyət göstərir. Ancaq son 6 ayda fəaliyyətində dirçəlmə baş verdi. Bu da İbrahim Alişovla bağlıdır. Elə vaxt olur ki, həftədə iki -üç dəfə İbrahimlə danışıram. Müəyyən məsələləri müzakirə edə bilirik. Rəhbərlikdə normal insan olanda danışmaq olur. Yoxsa gedib o birisi kimi (Rüfət Aslanlı) öz adına çaxır buraxasan. Üstünə adını yazdırasan. 65 min manat maaşı da özün alasan. Bu harda görülüb ki? Normal adam olsa, normal işləyər”.
İnterpress.az