Bakıda kişinin cibindən 3450 manat oğurlayan bacılar ələ keçdibackend

Bakıda kişinin cibindən 3450 manat oğurlayan bacılar ələ keçdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sabunçu RPİ 12-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 6-da Ramana qəsəbəsi ərazisində Bakı şəhər sakini Qorxmaz Hümbətovun cibindən 3450 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakinləri Gülüstan Süleymanova və bacısı Könül saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az