Sahib Məmmədovun doğum günüdür-TƏBRİKbackend

Sahib Məmmədovun doğum günüdür-TƏBRİK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sahib Məmmədovu təbrik edir, ona can sağlığı və vətəndaş cəmiyyəti sahəsindəki fəaliyyətində uğurlar arzulayırıq!

Sahib Məmmədov – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İctimai Birliyinin İcraiyyə Komitəsinin sədridir.

15 dekabr 1962-ci ildə Azərbaycan Respublikası Ucar rayonu Müsüslü kəndində dəmiryolçu ailəsində anadan olmuşdur.
1970-1980-ci illərdə Ucar rayon Müsüslü kənd orta məktəbində orta təhsil almışdır.
1980-1981-ci illərdə Bakı şəhəri 19 saylı Şəhər Peşə Təhsili Məktəbində qaynaqçı peşəsi üzrə peşə təhsili almışdır.
1981-1984-cü illərdə Hərbi Dəniz Donmasında xidmət etmişdir.
1981-1992-ci illərdə (hərbi xidmət dövrü çıxılmaqla) Bakı Tunel Tikintisi İdarəsinin 7 saylı Tunel Dəstəsində bərkidici, qazmaçı peşələrində çalışmışdır.
1992-ci ildə Bakı Dövlət Universitetinin coğrafiya fakültəsini bitirmişdir.
2003-cü ildə \”Odlar Yurdu\”Universitetini bitirmiş və hüquqşünas ixtisası almışdır.
2002-2004-cü illərdə paralel olaraq Polşa Respublikasının paytaxtı Varşava şəhərində İnsan Hüquqları üzrə Beynəlxalq Ali məktəbi bitirmişdir.
1992-1993-cü illərdə Bakı Şəhər Yasamal Rayon İcra Hakimiyyətinin başçısının humanitar məsələlər üzrə 1-ci müavini, icra hakimiyyəti başçısı və Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri vəzifələrində işləmişdir.
1993-1997-ci illərdə Azərbaycan Neft və Qaz Sənayesi İşçilərinin Azad Həmkarlar İttifaqında təlimatçı və əməyin hüquq müfəttişi vəzifələrində çalışmışdır.
2000-ci ildən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası qeyri-hökumət təşkilatının İcraiyyə Komitəsinin sədridir.
2008-ci ildən Azərbaycan Hüquqşünaslar Konfederasiyası İdarə Heyətinin üzvüdür.
2006-cı ildən ardıcıl olaraq Ədliyyə Naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin üzvüdür. 2008 və 2009-cu illərdə İctimai Komitənin koordinatoru olub;
15-dən artıq kitab və tədris vəsaitinin, 15 tədqiqatın müəllifidir. Bir sıra beynəlxalq konfranslarda məruzəçi, spiker və iştirakçı qismində iştirak etmişdir.
Ailəlidir, bir oğlu var.
2008, 2012və 2016-cı illərdə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına üzv təyin edilib.

Interpress.az