AB-nin bu addımı bizim üçün ciddi itkilərə səbəb olacaqbackend

AB-nin bu addımı bizim üçün ciddi itkilərə səbəb olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Birliyinin (AB) energetika sahəsində iqlim neytrallığına keçməsi Rusiya iqtisadiyyatı üçün çox ciddi nəticələrə gətirib çıxaracaq və ona böyük böyük itkilərə səbəb olacaq.

İnterpress.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Dmitri Medvedyev deyib.

O bunun nəticəsinin Rusiyanın karbohidrogen məhsullarının Avropaya tədarükünün əhəmiyyətli miqdarda azalması ilə nəticələnəcəyini bildirib. Medvedyev AB-nin bu tip addımını gizli proteksionizm adlandırıb.

Qeyd edək ki, AB 2025-ci ildən etibarən karbon vergisi tətbiq etməyi planlaşdırır.

 

İnterpress.az