ABŞ 4 ölkədən olan minlərlə miqrantın müvəqqəti müdafiə statusunu uzadırbackend

ABŞ 4 ölkədən olan minlərlə miqrantın müvəqqəti müdafiə statusunu uzadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ 4 ölkədən olan 300 mindən çox immiqrantın müvəqqəti müdafiə statusunu uzatmaq qərarına gəlib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ administrasiyası keçmiş prezident Donald Trampın dövründə ləğv edilən El Salvador, Honduras, Nepal və Nikaraquadan olan 300 mindən çox immiqrantın müvəqqəti müdafiə statusunun 18 ay uzadılacağını açıqlayıb.

ABŞ Daxili Təhlükəsizlik Departamentindən verilən açıqlamaya görə, bu 4 ölkədən olan immiqrantlar uzatma müddətində statuslarını davam etdirmək üçün yenidən qeydiyyatdan keçə biləcəklər.

“Müvəqqəti qoruma statusunun uzadılması ilə biz ekoloji fəlakətlər səbəbindən ölkələrinə qayıda bilməyən El Salvador, Honduras, Nepal və Nikaraqua vətəndaşları olan immiqrantlara təhlükəsizlik və müdafiə təklif edə bilirik”, – Daxili Təhlükəsizlik Naziri Alejandro Mayorkas bəyanatında deyilir.

Buna görə, 4 ölkədən 300 mindən çox mühacirin müvəqqəti qoruma statusu 18 ay uzadılacaq.

ABŞ-ın keçmiş prezidenti Tramp administrasiyası 2020-ci ilin yanvar ayından qüvvəyə minən El Salvador, Honduras, Nepal və Nikaraquadan olan mühacirlərə müvəqqəti müdafiə statusu verən qanunvericiliyi ləğv edib.