ABŞ Avropaya “qiyamət günü” təyyarəsi göndərib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.
E-6B Mercury təyyarəsi fevralın 28-də Avropaya eniş edib. Onu “Qiyamət” təyyarəsi də adlandırırlar. O, ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının cavabdeh olduğu ərazidə əməliyyatlar aparır.
“ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus E-6B Mercury təyyarəsi ABŞ-ın Avropa Komandanlığının məsuliyyət zonasında əməliyyatlar apararkən İslandiyaya çatıb”, – ABŞ Avropa Komandanlığı Twitter-də yazıb.
Ekipaj ABŞ-ın İslandiyadakı səfiri Kerin Pattman və diplomatik və hərbi ictimaiyyətin digər üzvləri ilə görüşüb.






