ABŞ-Avstraliya birgə təlimi helikopterin qəzaya uğraması ilə yarımçıq qalıbbackend

ABŞ-Avstraliya birgə təlimi helikopterin qəzaya uğraması ilə yarımçıq qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliya ordusuna məxsus helikopterin qəzaya uğramasından sonra ABŞ və Avstraliyanın birgə hərbi təlimi müvəqqəti olaraq dayandırılıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Avstraliyanın müdafiə naziri Riçard Marles ABŞ ilə birgə təlimə qatılan Avstraliya ordusuna aid MRH-90 Taipan tipli helikopterin gecə saatlarında Hamilton adası yaxınlığında qəzaya uğradığını açıqlayıb.

Helikopterdəki ekipajdan 4 nəfərin axtarış-xilasetmə işlərinin davam etdiyini bildirən Marles, Dent adası yaxınlığında bir xilasetmə helikopterinin dağıntılarla qarşılaşdığını qeyd edib.

Qəza səbəbilə təlimin müvəqqəti dayandırıldığını da əlavə edən Marles, axtarış-xilasetmə işlərinə verdiyi dəstəyə görə ABŞ-a təşəkkür edib.

ABŞ və Avstraliyanın iki ildən bir təşkil etdiyi “Talisman Saber” adlı təlimdə bu il 13 ölkə və 30 mindən çox hərbçi iştirak edir.

ABŞ-ın müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken də Avstraliyadadır.