ABŞ-ın Pretoriyadakı səfiri Ruben Brigeti Cənubi Afrika Respublikasının 2022-ci ilin dekabrında Rusiyaya silah və sursat satdığını iddia edib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın Pretoriyadakı səfiri Ruben Brigeti bildirib ki, onlar Cənubi Afrikanın ötən ilin dekabrında Keyptaun yaxınlığındakı Simon’s Town dəniz bazasına yanaşan rus ticarət gəmisi “Lady R” vasitəsilə Rusiyaya silah və sursat satdığını aşkar ediblər.
O, Cənubi Afrika hökumətindən cavab gözlədiklərini söyləyib, bununla birlikdə Cənubi Afrika ilə Afrika Böyümə və Fürsət Qanunu (AGAO) danışıqlarının dalana dirəndiyini bildirib:
“İqtidar partiyası Afrika Milli Konqresinin (AMK) ABŞ-ı Rusiya-Ukrayna müharibəsini qızışdırmaqda günahlandıran bəyanatlarından narahatıq və hökumətimizin bu bəyanatları ictimaiyyət qarşısında yanlış hesab etdiyini söyləmək doğru olar”.