ABŞ-da 2 gündə köpəkbalığı hücumu olduğu düşünülən 5 hadisənin qeydə alınmasından sonra səlahiyyətlilər Long Island bölgəsində tədbirlərin artırıldığını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Polis üzgüçüləri təhlükələrə qarşı diqqətli olmağa çağıraraq, növbəti insidentlərin qarşısını almaq üçün sahil patrulunun aparılması və suyun pilotsuz təyyarələrlə izlənilməsi kimi tədbirlərin görüldüyünü qeyd edib.
Suffolk polisi iyulun 3-də Suffolkdakı Qismet çimərliyində 15 yaşlı oğlanın dişləndiyini bildirib.
Nyu York Ştatının Parklar, İstirahət və Tarixi Qoruma üzrə regional direktoru Corc Qorman verdiyi açıqlamada Robert Moses çimərliyi yaxınlığında 50-yə yaxın köpək balığının tapıldığını bildirib.
Qorman, üzgüçülük zamanı dişlənən başqa 15 yaşlı uşağın hücum zamanı köpək balığını görmədiyini, lakin bu hücumun böyük ehtimalla köpəkbalığından olduğunu bildirib.
Rəsmilərin sözlərinə görə, hər iki uşağın həyatı üçün təhlükə yoxdur.
Bundan əlavə, polis Quogue Village çimərliyində 3 nəfərin “akula olduğunu zənn etdiyi” heyvanın hücumuna məruz qaldığını bildirib.






