ABŞ: Çinin hərbi gücünü artırmaq üçün səylər göstərirbackend

ABŞ: Çinin hərbi gücünü artırmaq üçün səylər göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Antoni Blinken deyib ki, Çin bütün dünyada hərbi potensialını artırmaq səylərinin qarşısını almaq üçün diplomatik addımlar atır.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ dövlət katibi Antoni Blinken Pekinə səfəri öncəsi keçirilən mətbuat konfransında açıqlama verib.

Blinken iddia edib ki, Çinin Kubadakı casusluq hərəkətləri Pekin hökumətinin xaricdəki mövcudluğunu genişləndirmək üçün qlobal səylərinin bir hissəsidir.

Çinin dünya üzrə hərbi güc imkanlarını artırmaq səylərinin qarşısını almaq üçün diplomatik addımlar atıldığına diqqət çəkən Blinken keçmiş prezident Donald Tramp administrasiyasının Çinin Kubadakı kəşfiyyat məlumat toplama fəaliyyətindən xəbərdar olduğunu, lakin kifayət qədər irəliləyiş əldə etmədiyini söyləyib.