ABŞ-da alzheimerin inkişafını ləngidən dərman tam təsdiqlənibbackend

ABŞ-da alzheimerin inkişafını ləngidən dərman tam təsdiqlənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Qida və Dərman İdarəsi Alzheimer xəstəliyinin inkişafını ləngitdiyini sübut edilən Leqembi adlı dərmana tam icazə verib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-ın Qida və Dərman İdarəsi (FDA) böyüklərdə Alzheimer xəstəliyinin inkişafını yavaşlatmaq üçün istehsal edilən və yanvar ayında ilkin təsdiqini almış dərmanı ilk dəfə təsdiqləyib.

FDA-nın Neyrologiya Ofisinin rəhbəri Teresa Buracchi qeyd edib ki, FDA-nın təsdiqi dərmanın Alzheimer xəstələri üçün “təhlükəsiz və effektiv” müalicə olduğunu təsdiqləyir.

Araşdırmalara görə, 18 aylıq müalicə ilə xəstəliyin gedişatını yüzdə 27 yavaşlatdığı nümayiş etdirilən dərmanın beyindəki amiloid-beta lövhələrini hədəf aldığı ifadə edilir.

Dərman yaddaş və təfəkkürün zəifləməsini ləngidə biləcəyini ortaya qoyan ilk növ kimi qeyd edilir. Bazarda olan digər dərmanlar yalnız xəstəliyin əlamətlərinə yönəldilib.

Digər tərəfdən, ekspertlər dərmanın xəstəliyi dayandıra bilməyəcəyini və yalnız ilk mərhələdə insanlara daha müstəqil hərəkət etməyə imkan verə biləcəyini şərh edirlər.

Alzheimer Dərnəyinin məlumatına görə, ABŞ-da 65 və daha yuxarı yaşda olan təxminən 6,7 milyon yetkin Alzheimer xəstəliyindən əziyyət çəkir.