ABŞ-ın Kolorado ştatının Denver şəhərində atışma nəticəsində 9 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Ötən gün basketbol oyununun keçirildiyi Ball Arena yaxınlığında silahlı hücum olub.
Polis rəsmiləri şübhəlinin nəzarətə alındığını bildirib.
Yerli vaxtla saat 12:30-da baş verən hücumda yaralanan 9 nəfərdən 3-nün vəziyyətinin ağır olduğu bildirilib.
Hadisənin yarış şənlikləri ilə əlaqəsinin olub-olmadığı araşdırılır.