ABŞ-ın Corciya ştatında silahlı hücum həyata keçirən şübhəli əməliyyatda zərərsizləşdirilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Henri Rayon Polis İdarəsinin rəisi Reginald B. Scandrett 4 nəfərin həyatını itirdiyi hücumda şübhəlinin yerinin müəyyən edildiyini qeyd edib.
Polisə cavab atəşi açan şübhəlinin zərərsizləşdirildiyini açıqlayan Skandret onun öldüyünü söyləyib.
Ştat Henri dairəsi rəsmiləri hücumla bağlı araşdırmaya başlanıldığını bildirib.