ABŞ-da avtomobildə smartfondan istifadə sərxoş halda idarəetmə ilə eyniləşdirilə bilərbackend

ABŞ-da avtomobildə smartfondan istifadə sərxoş halda idarəetmə ilə eyniləşdirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da Yol Təhlükəsizliyi Sığorta İnstitutu (IIHS) araşdırma aparıb və məlum olub ki, avtomobil idarə edərkən smartfondan istifadə yollarda qəzaların sayını artırır.

Mütəxəssislərin fikrincə, qəzaların sayını azaltmaq üçün təkcə avtomobil idarə edərkən söhbətə və yazışmalara qadağa qoymaq kifayət deyil.

“Siz yalnız qadcetlərdən istifadəni tamamilə qadağan etməklə təhlükəsizliyi artıra bilərsiniz. Təkcə 2020-ci ildə ABŞ-da 3000-dən çox insan avtomobil idarə edərkən smartfondan istifadə nəticəsində dünyasını dəyişib”, – deyə qurumdan bildirilib.

Ekspertlər qaydaların daha da sərtləşdirilməsində və cərimələrin artırılmasında israrlıdırlar. Belə ki, avtomobil idarə edərkən sürücünün yanında smartfonun olmasının spirtli içki qəbulu ilə eyniləşdirilməsi təklif edilir.

Mənbə: motor.ru