ABŞ-da daşqınlarda 3 nəfər ölüb, 4 nəfər itkin düşübbackend

ABŞ-da daşqınlarda 3 nəfər ölüb, 4 nəfər itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Pensilvaniya ştatında leysan yağışlar nəticəsində baş verən seldə 3 nəfər həyatını itirərkən, 9 aylıq körpə də daxil olmaqla 4 nəfər itkin düşüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Pensilvaniya ştatında dünən gecədən başlayan güclü yağış daşqınlara səbəb olub.

Bəzi vasitələrin sürükləndiyi seldə 3 nəfər həyatını itirib, 9 aylıq körpə də daxil olmaqla 4 nəfər itkin düşüb.

Polis vətəndaşları axtarış-xilasetmə işlərinin aparıldığı ərazidən uzaq durmağa çağırıb.

Digər tərəfdən, Nyu-Yorkda yağan güclü yağışlar səbəbindən yüzlərlə reysin gecikdiyi və ya ləğv edildiyi bildirilib.

Milli Hava Xidməti (NWS) Konnektikut, Massaçusets ştatının qərbi, Vermont və Nyu-Hempşir üçün daşqın, Massaçusets və Nyu-Hempşir sərhədində tornado xəbərdarlığı edib.