ABŞ-da aparılan sorğu nəticəsində məlum olub ki, əhalinin 52 faizi ABŞ administrasiyasının İsrailə silah və texnika göndərməsini dəstəkləmir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
CBS News telekanalının 16-19 oktyabr tarixlərində keçirdiyi sorğuda iştirakçılara ABŞ prezidenti Co Baydenin İsrail-Fələstin münaqişəsinə münasibəti ilə bağlı suallar verilib.
İştirakçıların 57 faizi ABŞ-ın Qəzzada fələstinlilərə yardım etməsini dəstəklədiyi halda, 56 faizi Baydenin İsrail-Fələstin münaqişəsi ilə bağlı siyasətindən məmnun olmadığını bildirib.
İştirakçıların 85 faizi münaqişənin Yaxın Şərqə yayılma riskindən narahat olduğu halda, 79 faizi ABŞ-da terror fəaliyyətinin mümkünlüyündən narahat olduğunu qeyd edib.
İştirakçıların 52 faizi ABŞ administrasiyasının İsrailə silah və texnika göndərilməsinə qarşı çıxdığını bildirsə də, iştirakçıların 24 faizi Baydenin İsrailə həddindən artıq dəstək verdiyini müdafiə edib.
ABŞ prezidenti Bayden dünən axşam birliyin vəziyyəti ilə bağlı müraciətində bəyan edib ki, o, Ukrayna və İsrail də daxil olmaqla tərəfdaşları dəstəkləmək üçün Konqresi təcili büdcəyə çağıracaq.