ABŞ-da əməliyyat keçirən polis səhv adamı güllələyibbackend

ABŞ-da əməliyyat keçirən polis səhv adamı güllələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nyu-Meksiko ştatında polis məişət zorakılığı ilə bağlı çağırış zamanı yanlış evə girərək səhv adamı güllələyərək öldürüb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Hadisə çərşənbə günü yerli vaxtla saat 23:30 radələrində baş verib.

46 min nəfərin yaşadığı şəhərdə polisə çağırış edilib. Lakin polislər zəng gələn evə deyil, başqa evə gedib.

Hadisə ilə əlaqəsi olmayan evin sahibi 52 yaşlı Robert Dotson polis tərəfindən ölümcül güllə yarası alıb.