Texas ştatının Dallas şəhərində törədilən hücumda 8 nəfər ölüb, 3-ü ağır olmaqla 7 nəfər yaralanıb.
Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir.
Məlumata görə, hücum edən şəxs öldürülərək zərərsizləşdirilib.
Dallas polisi şübhəli şəxsin ticarət mərkəzində atəş açdığını açıqlayıb.
Polis rəisi Brian Harvey keçirdiyi mətbuat konfransında Allen Premium Otlets ticarət mərkəzində insanlara təsadüfən atəş açan təcavüzkarın zərərsizləşdirildiyini söyləyib.
O qeyd edib ki, hücumda 8 nəfər həyatını itirib, 7 nəfər yaralanıb, 3-ü ağır.
Hücumun səbəbi və hücum edənin kimliyi barədə məlumat isə hələlik açıqlanmayıb.
Xatırladaq ki, Texas ştatı silah almağın ən asan olduğu ştatlardan biridir. Birləşmiş Ştatların hüquq-mühafizə orqanları isə məhz bu cür halların qarşısının alınması üçün əhaliyə müraciət edərək silahların təhvil verilməsini xahiş edib. Qeyd edilib ki, silahları təhvil verənlərə müəyyən olunmuş məbləğdə pul mükafatı veriləcək.