ABŞ-ın Tennessi ştatında polis rəsmiləri telefonunda futbol komandasının məşqçisinin uşaqlara cinsi təcavüz etdiyi videoları tapdıqlarını açıqlayıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Camilo Hurtado Kampos mobil telefonunu restoranda unutduqdan sonra restoran işçiləri telefonun sahibinə çatmaq üçün cihazı yoxlayıblar.
İşçilər Camposun telefonunda “onlarla uyğunsuz video və uşaqların fotolarını” gördükdən sonra polisə məlumat veriblər.
Polis səlahiyyətliləri, aparılan araşdırmalar nəticəsində 63 yaşlı Kamposun “9-17 yaş arası huşunu itirmiş uşaqlara cinsi təcavüz etdiyinin” müəyyən edildiyini bildirib.
Kamposun yetkinlik yaşına çatmayanlara qarşı cinsi istismar ittihamı ilə saxlanıldığı və əlavə ittihamlar tamamlanana qədər həbsdə qalacağı qeyd edilib.
İlk təsbitlərə görə, zorakılığa məruz qaldığı düşünülən 10 uşağın bu əməldən xəbərsiz ola biləcəyi bildirilib.
Polisin qurbanların şəxsiyyətini müəyyənləşdirməyə çalışdığı və Kamposun girovunun 525 min dollar olduğu bildirilib.
Kamposun məktəblərin oyun meydançalarını gəzərək uşaqları komandasına apardığı və onların etimadını qazandıqdan sonra evinə dəvət etdiyi güman edilir.