ABŞ-ın Nyu-Cersi ştatının Nyuark şəhərində limanda gəmidə baş verən yanğına müdaxilə edən 2 yanğınsöndürən ölüb, 5 yanğınsöndürən yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Nyuark şəhərinin meri Ras Baraka faciəli hadisə ilə bağlı deyib: “Bu görüntü həmişə bu missiyanın nə qədər təhlükəli olduğuna dair yaddaşımda qalacaq”.
Keçmiş Cersi yanğınsöndürmə rəisi Steven McGill eyni yanğında yaralanan 5 yanğınsöndürən xəstəxanada müalicə olunduğu barədə məlumat paylaşıb.
Nyuark Yanğın Departamenti ABŞ və Afrika arasında nəqliyyat vasitələri daşıyan İtaliya bayraqlı gəmidəki yanğının dünən gecə yarısı baş verdiyi və səhərə qədər söndürülə bilmədiyi məlumatı paylaşıb.