ABŞ-da immiqrantların ölkəyə daxil olmasını çətinləşdirən qanun layihəsi qəbul edilibbackend

ABŞ-da immiqrantların ölkəyə daxil olmasını çətinləşdirən qanun layihəsi qəbul edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçı qanunvericilər tərəfindən təqdim edilən və sərhəd təhlükəsizliyinin gücləndirilməsinə və mühacirlərin ölkəyə girişinə məhdudiyyətlərin artırılmasına yönəlmiş qanun layihəsi qəbul edilib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Nümayəndələr Palatasında qanunvericilər ABŞ-ın cənub sərhədində divarın bərpası və fərdlərdən DNT və biometrik məlumatların çıxarılması, sərhəd mühafizəsi üçün ayrılan vəsaitin artırılması və sığınacaq axtaran şəxslərə yeni məhdudiyyətlərin tətbiqi kimi əlavə təhlükəsizlik tədbirləri təklif edən Respublikaçı qanun layihəsinə səs veriblər.

Qanun layihəsi 219 “hə” və 213 “xeyr” səsi ilə qəbul edilib.

Respublikaçı deputatlar Tomas Massi və Con Duartenin qanun layihəsinə “yox” səs verməsi diqqət çəkib.

Qanun layihəsinin demokratların üstünlük təşkil etdiyi Senatdan keçəcəyi gözlənilmir.