ABŞ-da işsizlik ən yüksək səviyyəyə çatıbbackend

ABŞ-da işsizlik ən yüksək səviyyəyə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da ilk dəfə işsizlik iddiası ilə müraciət edənlərin sayı iyunun 3-də 261,000-ə yüksəlib, bu, 2021-ci ilin oktyabrından bəri ən yüksək səviyyədir.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ Əmək Departamenti həftəlik işsizlik müraciətləri ilə bağlı məlumat açıqlayıb.

Buna görə ölkədə ilk dəfə işsizlik müavinətinə müraciət edənlərin sayı 3 İyunda bitən həftədə əvvəlki həftəyə görə 28 min adam artaraq 261 minə çatıb.

Bazar gözləntilərini aşaraq 30 oktyabr 2021-ci il tarixindən bu yana ən yüksək səviyyəyə çatan işsizlik müraciətlərinin bu dövrdə 235.000 səviyyəsində reallaşması gözlənilirdi.

Əvvəlki həftəki işsizlik müavinəti müraciətləri məlumatları 232 mindən 233 minə revize edilib.

Keçən həftə etibarilə 4 həftəlik orta işsizlik müavinəti müraciətləri bir əvvəlki həftəyə görə 7 min 500 adam artaraq 237 min 250 nəfərə çatıb.

Davam edən işsizlik müraciətləri də 27 May ilə bitən həftədə 37 min adam azalaraq 1 milyon 747 minə geriləyib.

Analitiklər, işsizlik müavinəti üçün müraciətlərin ardıcıl üçüncü həftə artdığını və bunun əmək bazarının gücünün azaldığına işarə ola biləcəyini bildirib.