ABŞ-da kimya fabrikində partlayış: 1 nəfər ölübbackend

ABŞ-da kimya fabrikində partlayış: 1 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Massaçusets ştatında kimya fabrikində baş verən partlayış nəticəsində 1 işçi ölüb, 4 nəfər yaralanıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

ABŞ-ın Massaçusets ştatının Nyuberiport şəhərindəki kimya fabrikində partlayış baş verib.

Əraziyə yanğınsöndürənlər, polis və tibb qrupları göndərilib.

Partlayış zamanı fabrikdə olan 62 yaşlı Cek O’Kif ölüb, 4 işçi isə xəstəxanaya yerləşdirilib.

Partlayışın səbəbi hələlik məlum deyil.