ABŞ-da kriptovalyuta böhranı: “Binance” və “Coinbase” hədəfdədirbackend

ABŞ-da kriptovalyuta böhranı: “Binance” və “Coinbase” hədəfdədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası SEC kriptovalyuta birjaları “Binance” və “Coinbase”i hədəfə alıb.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Komissiya hesab edir ki, hər iki birja qiymətli kağızlar qaydalarını pozub.

Kriptovalyuta birjası “Binance” ABŞ-da küncə sıxışdırılıb.

ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası SEC Binance-in ABŞ-dakı aktivlərinin dondurulmasını tələb edib.

SEC həmçinin Binance ilə bağlı qadağalar tələb edib.

Təsdiqlənmiş uçot, aktivlərin repatriasiyası, sənədlərin və məlumatların mühafizəsi, sübutların məhv edilməsinin qarşısının alınması həyata keçirilib.

SEC “Binance”i qiymətli kağızlar qanunlarını pozan hesab edir.

Bazar ertəsi komissiya Binance kriptovalyuta birjasının baş direktoru Changpeng Zhao-ya qarşı “yalan şəbəkəsi” işlətdiyi iddiası ilə məhkəməyə müraciət edib.

“Binance”dən sonra SEC kriptovalyuta birjası “Coinbase”i də hədəf aldı.

Komissiya qiymətli kağızlar qanunlarını pozduğu üçün “Coinbase”i də məhkəməyə verib.