2021-ci ildə ABŞ-ın Texas ştatının Arlinqton şəhərində liseydə 2 şagird və bir müəllimi yaralayan 19 yaşlı Timoti Simpkins 12 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Silahı yalnız məhkəmədə özünü qorumaq üçün daşıdığını ifadə edən Simpkins, dava etdiyi Zakko Selbinin (15) sinif otağına girərək özünü döyməyə başladığını bildirib.
Simpkins müdafiəsində deyib: “Mən həqiqətən üzr istəyirəm. Mən sadəcə ikinci şans istəyirəm”.
Simpkins 6 oktyabr 2021-ci ildə Timberview High-da 15 yaşlı Selbi ilə dava edib.
Dava zamanı Simpkins Selbiyə 3 dəfə atəş açıb, nəticədə bir şagird və müəllim yaralanıb.