ABŞ kəşfiyyatının keçmiş zabiti, 36 yaşlı Devid Çarlz Qruş iddia edib ki, ABŞ-da insan istehsalı olmayan düşmüş UFO-ların hissələri var və bu hissələri birləşdirmək üçün çox məxfi əməliyyatlar həyata keçirir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
İddialara görə, ABŞ uçan UFO hissələri əsasında yeni silahlar istehsal etməyə çalışır.
Texnologiya haqqında nəşr edən Debrief internet saytına danışan Qruş bu tapıntıların silahlanma yarışı çərçivəsində uzun illər ABŞ Konqresindən gizli saxlanıldığını iddia edib.
Əvvəllər ABŞ-ın müxtəlif kəşfiyyat orqanlarında xidmət etmiş və 2019/21-ci illərdə Naməlum Hava Hadisələri İşçi Qrupunda çalışmış Qruş iddia etdiyi əməliyyatların təfərrüatlarını Konqresə və Kəşfiyyat Birliyinin Baş Müfəttişinə təhvil verib.
Müdafiə Nazirliyindən də şikayət edən Qruş hesabatına görə xaric edildiyini iddia edir.