ABŞ-da fırtına təhlükəsi səbəbindən yüzlərlə reys təxirə salınıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Müstəqillik Günü bayramı öncəsi 1700-dən çox uçuş ləğv edilib, minlərlə insan hava limanlarında qalıb.
Uçuşların ləğvi, hava limanlarının ABŞ tarixində ən çox sərnişin sayına çatdığı həftə sonunun ertəsi günü baş verib, “United Airlines” isə ən çox uçuşu ləğv edən aviaşirkət olub.
Eyni şirkət keçən həftə 5 mindən çox uçuşun ləğvi və ya təxirə salındığını açıqlayıb.
Reyslərin təxirə salınması və ya ləğvinin səbəbi ağır hava şəraitidir.
Məlumatda ölkənin şimal-şərqində kəskin hava şəraitinin hökm sürəcəyi, cənub bölgələrinin bəzi yerlərində güclü külək, tufan və dolu gözlənildiyi bildirilib.
ABŞ-ın orta qərb bölgəsində həftə sonu fırtınalı hava səbəbindən 150 mindən çox insan işıqsız qalıb.