ABŞ-da nağd pul çatışmazlığı yaranıbbackend

ABŞ-da nağd pul çatışmazlığı yaranıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın maliyyə naziri Janet Yellen, borc limitinin iyunun 1-dək artırılmaması və ya dayandırılmaması halında ölkənin nağd pul çatışmazlığı ilə üzləşə biləcəyini deyib.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Yellen ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Kevin Makkartiyə borc limiti ilə bağlı yenilənmiş məlumatları bölüşmək üçün yeni məktub yazıb.

Sözügedən məktubda Yellen qeyd edib ki, Konqres borc limitini iyunun əvvəlinə və potensial olaraq iyunun 1-nə qədər qaldırmasa və ya dayandırmasa, Xəzinədarlıq hökumətin bütün öhdəliklərini yerinə yetirə bilməyəcək.

Bu təxminlərin mövcud məlumatlara əsaslandığını vurğulayan Yellen, federal gəlirlərin, xərclərin və borcların bu təxminlərdən fərqli ola biləcəyini qeyd edib.

Borc limiti ilə bağlı son dəqiqə xəbərdarlığı

Xəzinədarlığın fövqəladə tədbirləri tükəndirdiyi faktiki tarixin bu təxminlərdən bir neçə gün və ya həftə sonra ola biləcəyini ifadə edən Yellen daha çox məlumat əldə olunduqca gələn həftə Konqresə əlavə məlumat verəcəyini bildirib:

“Keçmiş borc limiti çaşqınlıqlarından öyrəndik ki, borc limitini dayandırmaq və ya artırmaq üçün son dəqiqəyə qədər gözləmək biznes və istehlakçı inamını ciddi şəkildə zədələyə, vergi ödəyiciləri üçün qısamüddətli borclanma xərclərini artıra və ABŞ-ın kredit reytinqinə mənfi təsir göstərə bilər”.

Xəzinədarlığın iyunun əvvəlində gözlənilən qiymətli kağızlar üçün borclanma xərclərinin nəzərəçarpacaq dərəcədə artdığını artıq gördüklərini ifadə edən Yellen, Konqresin borc limitini artıra bilməməsi halında bunun amerikalı ailələr üçün ciddi çətinliklər yaradacağını, ölkənin qlobal liderliyinin zədələnəcəyini və bu barədə sualları cavablandırıb.

Yellen Konqresə mümkün qədər tez bir zamanda tədbir görərək ABŞ-ın reputasiyasını qorumaq çağırışını təkrarlayıb.