ABŞ-ın Nyu-York ştatında Niaqara şəlaləsi yaxınlığında mağara turuna çıxan qayığın çevrilməsi nəticəsində 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ-ın Nyu-York ştatında Niaqara şəlaləsi yaxınlığındakı Eri kanalındakı Lockport mağaralarını ziyarət etmək üçün yola çıxan 29 nəfərin olduğu tur gəmisi aşıb.
Qəzada 1 nəfər ölüb, 11 nəfər yaralanıb.
Polisdən verilən açıqlamada qəzanın yerli vaxtla səhər saat 11:25 radələrində baş verdiyi bildirilib.
Lockport Bələdiyyə Başçısı Mişel Roman həyatını itirən şəxsin 60 yaşlı kişi olduğunu bildirərək, qayıqda onun həyat yoldaşının da olduğunu qeyd edib.
Qayığın hansı səbəbdən batdığı hələlik məlum deyil.
1977-ci ildən bəri mağaralara qayıq turları təşkil edilir və turlar təxminən 70 dəqiqə çəkir.