ABŞ-da qətl və intiharlar pandemiya dövründə ən yüksək həddə çatıb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) hazırladığı hesabat 2001-2021-ci illər ərzində 10-24 yaş arası ABŞ vətəndaşlarının qətl və intihar nisbətlərinə analiz edib.
Hesabatda qeyd olunub ki, epidemiya dövründə gənclər tərəfindən törədilən qətllər “son 25 ilin ən yüksək göstəricilərinə”, böyüklər arasında intiharlar isə “son 50 ilin ən yüksək səviyyəsinə” çatıb.
Hesabat müəllifləri bu artımı mülki şəxslərin silaha əlçatanlığının asanlığı, depressiyanın yayılması və psixoloji müalicə imkanlarının məhdud olması ilə əlaqələndirirlər.
10-24 yaş qrupu üzrə ölüm səbəbləri arasında intihar ikinci, qətl isə üçüncü olub.
2021-ci ilin məlumatlarına görə, intiharların 54 faizi, qətllərin 93 faizi silahla həyata keçirilib. Bundan başqa, 10-19 yaşlı 2900 gənc və 20-24 yaşlı 4200 gənc intihar edib.
Cinayət qurbanlarının sayı 3 min olaraq qeyd edilərkən, gənclərdə bu rəqəm 3 min 900-ə çatır.






