ABŞ-ın cənub-qərbində isti dalğası 110 milyondan çox insana təsir edib, 38 şəhərdə temperatur rekordlarını qıracağı gözlənilir.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Temperatur Kaliforniyada 53,9, Las-Veqasda 47,2, Arizonada 43, Texasda 38 dərəcəyə çatıb.
Milli Meteorologiya Xidməti (NWS) ABŞ-ın cənub-qərbindəki isti dalğasını “indiyə qədər baş verən ən şiddətli hava hadisələrindən biri” kimi təsvir edib. NWS, ABŞ-ın digər cənub ştatlarında da temperaturun artacağını bildirib.
Səlahiyyətlilər istilərin 110 milyondan çox insana təsir etməyə davam edəcəyini bildirərkən, 38 şəhərin temperatur rekordlarını qıracağı gözlənilir.
Kaliforniya və Nevada ştatlarında bəzi ictimai binalar istidən qorunmaq istəyənlərin üzünə açılıb, evsizlər isə səyyar klinikalara müraciət ediblər.
Ağ Ev ABŞ-da isti dalğasının milyonlarla insana təsir etdiyini bildirərək, hazırlıqlı olmağa və təhlükəsiz olmağa çağırıb.